"Tezliklə yeni xoş xəbərlər olacaq" - Açıqlama

"Tezliklə yeni xoş xəbərlər olacaq" -  Açıqlama
Bu gün Füzuli rayonun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndlərinin işğaldan azad olunması o deməkdir ki, qoşunlarımız Cəbrayıl və Hadrud istiqamətində yüksəkliklərə tam nəzarət edir. Bu isə Ordumuzun daha da irəlləyəcəyi və tezliklə yeni xoş xəbərlərin olacağı anlamına gəlir.

Respekt.az xəbər verir ki, bu fikirləri Füzuli rayonundan seçilən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

"Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilməsi Qarabağımız uğrunda savaşda strateji mövqelərimizi daha da gücləndirir. Çünki bu bizim keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində möhkəmlənməyimiz deməkdir.

Qeyd edək ki, Xocavənd rayonunun ümumi sahəsi 1458 kv/km, əhalisi 41.725 min nəfərdir. İşğaldan öncə sözügedən rayonda 11 min azərbaycanlı yaşayırdı. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon mərkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Rayonun böyük iqtisadi və turizm potensialı mövcuddur.

Qarabağ Azərbaycandır! Qələbə Bizimlədir!" - deputat bildirib.