Trampın sosial şəbəkə hesabları bağlandı

 Trampın sosial şəbəkə hesabları bağlandı
Tvitter, Feysbuk və İnstaqram sosial şəbəkələri ABŞ Prezidenti Donald Trampın hesablarını bloklayıb.

Respekt.az "RİA Novosti"-yə istinadla xəbər verir ki, Trampın Feysbuk səhifəsi 24 saat, Tvitter hesabı isə 12 saat müddətinə bloklanıb.

Qeyd edək ki, ötən gün Konqres binasına daxil olan Tramp tərəfdarları ilə polis arasında toqquşma yaşanıb. Qarşıdurma zamanı 4 nəfər həlak olub.

Trampın bu olayları dəstəkləyən paylaşımlar etdiyi bildirilir.