Turan Partiyası Gəncəyə raket hücumu ilə bağlı - Bəyanat yaydı

 Turan Partiyası Gəncəyə raket hücumu ilə bağlı -  Bəyanat yaydı
Humanitar фtəşkəs sazişinin qüvvəyə minməsindən sonra da ermənilərin bütün cəbhə boyu savaşı davam etdirməsi və Gəncə şəhərinin ballistik raket hücumuna məruz qalması ilə bağlı bəyanat yayıb.

Respekt.az xəbər verir ki, bəyanatda deyilir:

Oktyabr ayının 9-da Moskva şəhərində Prezident Putinin israrlı istəyi ilə ermənilərin başlatmış olduğu savaşın durdurulmasıyla bağlı 11 saatlıq müzakirədən sonra atəşkəs sazişi imzalanmışdır. Bu saziş Azərbaycanda etirazla qarşılansa da, erməni tərəfinin sevincinə səbəb olmuşdu. Çar Putin qalib görkəmində "dünyaya mən varam" deyirdi. Çar Putinə yaxın Moskova mətbuatı “Meşəbəyi gəldi meşədəki yanğını söndürdü” yazaraq Azərbaycanın öz meşələri olduğunu bəyənlayırdılar.

10 oktyabr günü saat 12-də atəşkəs qüvvəyə minəndən sonra erməni tərəf sazişin sanki Azərbaycana aid olduğunu göstərərək, bütün cəbhə boyu hücumları davam etdirdi. Eyni saatlarda rəsmi qaynaqlardan məlum oldu ki, Moskva erməniləri silahlandırmaqda və ballistik raketlər göndərməkdə davam edir. Sentyabr ayının 11-i gecəsi acı nəticə - erməni tərəfdən atılan raket Gəncə şəhərinə dinc əhaliyə atılaraq çox saylı dağıntılara səbəb olub və onlarla yaralımız, şəhidimiz var.

Arxasında Makron və Putinin dayandığı ermən terroru davam etməkdədir.

Turan Partiyası hesab edir ki, ermənilərin savaş suçluluğunun arxasında duran Moskva ve Parisin uluslararası güvənliyə təhdid siyasəti dünyaya elan edilməli, ermənilərlə birlikdə savaş suçlusu olmaları bildirilməlidir. Azərbaycan tərəfi özünümüdafiə huququna dayanaraq, ermənilərin susdurulması və topraqlarımızdan təmizlənməsini davam etdirməli, bölgənin güvənliyinə olan təhlükəni aradan qaldırmalıdır.

Bu haqlı mücadələdə Azərbaycan ordusu, xalq və Ali Baş Komandanla bir güc olmağı qorumalıdır.