"Moskva da məsuliyyət daşıyır" - Turan Partiyasından Gəncə terroru ilə bağlı bəyanat

"Moskva da məsuliyyət daşıyır" -  Turan Partiyasından Gəncə terroru ilə bağlı bəyanat
Turan Partiyası Gəncə şəhərinin raket hücumuna məruz qalması ilə bağlı bəyanat yayıb.

Respekt.az xəbər verir ki, bəyanatda deyilir:

"Otuz iki ildir davam edən savaşın yeni mərhələsinin 20 günü gecə saatlarında Gəncə şəhəri “Elburus” uzaqmənzilli raketləri ilə vurulmuşdur. İlkin olaraq 3-ü uşaq olmaqla, 15 soydaşımız şəhid olub, 40-dan artıq soydaşımız yaralanıb.

Hərbi cinayət olan bu olayın gerçəkləşməsində atəşkəs hayqıran Moskva yönətimi məsuliyyət daşıyır. Moskvanın oyuncağı olan “Ermənstan” adlı faşist, terror təşkilatı dünyanın gözü önündə cinayətini davam etdirir".

Turan Partiyası bildirir ki, Moskva oyuncağı olan Tehranın, Parisin himayə etdiyi “Ermənistan” adlı terror teşkilatını dünya durdurmayacağı halda, Azərbaycan insanlıq naminə bu terrorbaşılarını yuvalarında darmadağın etməyi üzərinə götürməlidir:

"Bizlər bəşəriyyət üçün təhlikə olan “Ermənistan” adlı terror teşkilatının darmadağın olmasında Ali Baş Komandanımız İlham Əliyevin komandanlığı ilə 10 milyonluq bir ordu olaraq bu savaşı şərəflə yerinə yetirməkdə birliyimizin, bütünlüyümüzün, uca Tanrı, insanlıq qarşısında bir missyamız olduğunun fərqindəyik.
Bu qutsal savaşda Tanrı Azərbaycanladı! Yaşasın Azərbaycan! Yaşasın Türkiyə! Yaşasın Turan Ordusu!"