Türkiyə hərbçiləri Azərbaycana gəldi

Türkiyə hərbçiləri Azərbaycana gəldi
Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində təmsil olunacaq Türkiyə hərbçiləri Azərbaycana gəlib.

Respekt.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Türkiyə hərbçiləri Ağdamda yerləşəcək Monitorinq Mərkəzində yanvarın əvvəlində xidmətə başlayacaqlar.

Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir. Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək. O, ilk heyətlə Azərbaycana gəlib.

Mərkəzdəki Türkiyə hərbçilərinin sayı isə 60 nəfər olacaq. 25-ə yaxın hərbi qulluqçudan ibarət ilk heyət artıq Azərbaycandadır. Qarşıdakı həftələrdə digər heyətin də gələcəyi gözlənilir.