Türkiyədə benzin bahalaşdı

 Türkiyədə benzin bahalaşdı
Türkiyədə bu gecədən etibarən benzinin 1 litrində 11 kuruş (2,6 qəpik) artım olacaq.

Türkiyə Enerji Neft Qaz Quraşdırma Stansiyaları İşəgötürənlər Birliyi bu barədə məlumat yayıb.

Qurumdan bildirilib ki, 11 kuruşun 4 kuruşu Xüsusi İstehlak Vergisi tərəfindən qarşılanacaq.

Son qiymət artımı ilə bərabər, İstanbulda benzin 7.24 lirəyə, İzmirdə 7.30, Ankarada isə 7.29 lirədən hesablanacaq./APA/