Türkiyədən Gəncəyə raket hücumuna reaksiya: Qarşılıqsız qalmayacaq

Türkiyədən Gəncəyə raket hücumuna reaksiya:  Qarşılıqsız qalmayacaq
Ermənistan elan edilən atəşkəsə rəğmən hərbi cinayətlər törədir. Xocalıda etdiyi kimi qadın, uşaq, yaşlı, mülki demədən cinayət törədir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Tvitter səhifəsində yazıb.

“Bu hüquqsuzluq və qətliamlar qarşılıqsız qalmayacaq. Kim nə deyir desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır”, - Kalın yazıb.